Topaz Premyer Liqasının 12-ci turunun “Qarabağ” – “Qəbələ” görüşü rekordla əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, bu matçda qapılara 7 qol vurulub.
Bu isə mövsümün rekordudu. Ağdamlıların 4:3 hesabı ilə qalib gəldiyi oyunadək rekord 6 qola bərabər idi. 5:1 hesabının qeydə alındığı 2 görüşdə bu qədər qol vurulmuşdu.
Avqustun 11-də “Qarabağ” “Sumqayıt”ı, 25-də isə “İnter” “Rəvan”ı həmin hesabla udmuşdu.





