“Milan”ın prezidenti Silvio Berluskoninin qızı, eyni zamanda klubun idman direktoru olan Barbara Berluskoni yaxın zamanda böyük dəyişikliklər edəcəyi barədə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, atası ilə görüşdə Barbara bildirib ki, klubunun vitse-prezidenti Adriano Qalliani və baş məşqçi Massimiliano Alleqri klubdan qovulmalıdı.
 
Barbara bu sözlərini onunla əlaqələndirib ki, “Milan” son vaxtlar transferlərə çoxlu pul xərcləyib, lakin düzgün yatırım etməyib. Bundan əlavə “rossonyerlər”in 11 turdan sonra 12 xal toplaması da dəyişikliklər üçün vacib səbəbdi.
 
Qeyd edək ki, “Milan”ı autsayderlər qrupundan 3 xal ayırır. İddialara görə, Qallianinin qovulmasından sonra bu posta komandanın əfsanəvi kapitanı Paolo Maldini gətirilə bilər.
Shares: