İtaliyanın "Roma" komandasının baş məşqçisi Rudi Qarsiya cari mövsümdə xal itirdikləri ilk qarşılaşma – "Torino" ilə oyunu haqqında öz fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bu nəticəni uğurlu hesab edir:
"Bu, futboldu. Biz hər oyun qalib gələ bilmərik. Nəzərə alaq ki, biz qonaq idik. Məncə, bərabərliyi pis nəticə saymaq olmaz. Oyunun sonunda biz hücumları artırdıq və "Torino"dan 3 xalı qoparmaq istədik, amma alınmadı. Bu nəticə ilə razıyam. Ümid edirəm ki, "Sassuolo" maçında qələbə qazana biləcəyik".
Xatırladaq ki, İtaliya A Seriyasının 11-ci turunda "Roma" klubunun qələbə seriyası qırıldı və 10 oyundan sonra xal itirdi.





