"Mançester Yunayted"in İngiltərə Premyer Liqasının son turunda "Fulhem"ə qarşı oyunda meydana çıxmayan "qırmızı-şeytanlar"ın 25 yaşlı meksikalı hücumçusu Xavyer Hernandez komandadan ayrıla bilər. Futbolinfo.az xəbər verir ki, buna səbəb onun Ueyn Runi və Robin van Persinin kölgəsində qalmasıdı.
 
Həmvətəni Karlos Vela "Tvitter"də onun mütəmadi oynamamasına belə münasibət bildirib: "Əgər Hernandez daimi olaraq start heyətdə yer alsa, daha çox qol vurar. Onun kimi oyunçunun niyə meydanda yer almadığını başa düşə bilmirəm".
 
Hernandez isə dostunun yazdığı bu yazını rettvitləyib (təsdiqləyib ). O, bununla bir növ baş məşqçi Devid Moyesə öz etirazını bildirib. Hər halda İngiltərə mətbuatı bu qənaətdədi.
Shares: