“Barselona”nın kapitanları Lionel Messi ilə görüşəcəklər. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı xəbər yayıb. Karles Puyol, Xavi Hernandes, Viktor Valdes və Andres İnyesta komandanın argentinalı ulduzu ilə söhbətləşib, onun hər hansı bir probleminin olub-olmadığını müəyyənləşdirməyə çalışacaq.
Messinin son oyunlarda formasından çox uzaq olması klubda və azarkeşlər arasında ciddi narahatçılığa yol açıb. Kapitanlar argentinalı ilə görüşüb, ona hər cür dəstək verməyə hazır olduqlarını bildirəcəklər.
Qeyd edək ki, bir neçə gün öncə “Barselona”nın digər argentinalı futbolçusu Xavier Maskerano Messinin dünya çempionatında ideal formada olmaq üçün klubda tam güc sərf etmədiyi bəyan etmişdi.





