Topaz Premyer Liqasının 12-ci turunun "Qarabağ" – "Qəbələ" matçını Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl də canlı izlədi. Futbolinfo.az xəbər verir ki, matçdan sonra o, klub saytına açıqlama verib:
"İmarət" Fan Klubunun gördüyü işlər heyranlıq hissi oyadır. Matç boyu komandamızı dayanmadan dəstəkləyən bütün azarkeşlərimizə və əsasən də "İmarət" Fan Klubuna təşəkkür edirəm. Ümid edirəm ki onların gördüyü iş nəticəsində həm səfər, həm də ev oyunlarımızda stadionları dolduracağıq. Onlara hər tərəfli dəstək olmağa hazırıq. İşlərində uğurlar arzulayıram".
Shares: