İspaniyanın "Real" komandasının portuqaliyalı hücumçusu Kristiano Ronaldo mövsümə uğurlu başlayıb. Futbolinfo.az xəbər verir ki, bu cür start onun karyerasının ən uğurlu başlanğıcıdı.
Dünyanın ən güclü futbolçularından biri olan Ronaldo bu mövsüm 15 rəsmi oyuna rəqib qapılarındam 20 top keçirib. Portuqaliya millisinin üzvü qolların 13-nü La Liqada, 7-ni isə Çempionlar Liqasında keçirdiyi oyunlarda vurub.
Futbolçunun bundan əvvəlki uğurlu startı 2011/12-ci il mövsümünə təsadüf edib (19 oyuna 20 qol.)
Portuqaliyalı ulduz futbolçu bütövlükdə "Real" forması altında 214 oyuna 222 qol vurub.





