Bu gün keçirilən klubdaxili iclasdan sonra “Xəzər Lənkəran” Lənkərana yola düşüb. Futbolinfo.az xəbər verir ki, iclasda qeydə alınan son uğursuz nəticələr müzakirə olunub və rəhbərlik futbolçulardan qarşıdakı oyunlarda maksimum nəticələrin əldə olunmasını tələb edib.
Günorta saatlarında Lənkərana yola düşən komanda axşam məşqə çıxacaq və “Qəbələ” ilə oyunun hazırlığına start verəcək.





