Yunanıstanın “Levadiakos” klubunun hücumçusu Vangelis Mantzios “Bakı” klubunda karyerasının alınmamasının səbəbləri barədə fikirlərini Yunanıstan mətbuatına açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
 
“Bir vaxtlar mən Bojidar Bandoviçin rəhbərliyi altında Azərbaycanda oynamaq seçimimi etmişdim. Ancaq mən Azərbaycana alışa bilmədim və tezliklə “Atromitos”a qayıtdım. Orada karyeram alınmadı. Xırdalıqlara varmaq istəmirəm. Sadəcə, mən bəzi şeyləri qəbul etmirdim. Xarakterim belədi. Azərbaycan həyatı bizim həyatımızdan çox fərqlənir. Yeməkdən və dindən başlayaraq, ən xırda detallara qədər”.
Shares: