Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Berti Foqts yığmaya bu dəfə 23 futbolçu dəvət edib.
Daha 4 futbolçu isə ehtiyat heyətə salınıb.
Qeyd edək ki, millimiz noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bu məqsədlə noyabrın 11-dən etibarən komandamız təlim-məşq toplanışında olacaq (11-13 noyabr – Bakı, 14-16 noyabr – Tallinn, 17-19 noyabr – Bişkek).
Qapıçılar: Anar Nəzirov (Sumqayıt), Səlahət Ağayev (İnter), Fərhad Vəliyev (Qarabağ);
Müdafiəçilər: Rəşad Sadıqov (Qarabağ), Vladimir Levin (Qəbələ), Rasim Ramaldanov (Xəzər Lənkəran), Mahir Şükürov (Neftçi), Elnur Allahverdiyev (Qəbələ), Maksim Medvedev (Qarabağ), Ufuk Budak (Eskişehirspor, Türkiyə), Bədavi Hüseynov (Qarabağ);
Yarımmüdafiəçilər: Əli Gökdemir (Hannover, Almaniya), Ruslan Abişov (Rubin, Rusiya), Rəşad Sadiqov (Neftçi), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Cavid Hüseynov (Bakı), Əfran İsmayılov (Bakı), Taşkın İlter (Ayntraxt, Braunşveg, Almaniya);
Hücumçular: Vaqif Cavadov (İnter), Vüqar Nadirov (Qarabağ), Rauf Əliyev (Bakı), Cihan Özkara (Sivasspor, Türkiyə), Rüfət Dadaşov (Kaizerslautern, Almaniya).
Ehtiyat oyunçular: Vurğun Hüseynov (Sumqayıt), Ruslan Əmircanov (İnter), Aqil Nəbiyev (Rəvan), Pərdis Fərcad-Azad (Sumqayıt).





