"Mançester Siti" itki ilə üzləşib. Özü də ikisi ilə birdən.
İngiltərə mətbuatının məlumatına görə, Stevan Yovetiç və Vinsent Komopani qarşıdakı matçlarda komandalarına kömək edə bilməyəcək. Futbolinfo.az xəbər verir ki, Yovetiç 3 həftəlik sıradan çıxıb. O, "Nyukasl"a qarşı baş tutan kubok oyununda (2:0) sıradan çıxıb. Kompaninin Stevana nisbətən daha tez sağalacağı gözlənilir.
Adıçəkilən futbolçular bu gün ÇL-in qrup mərhələsinin dördüncü turu çərçivəsində ÇSKA-ya qarşı baş tutacaq matçda forma geyməyəcəklər.





