"Real"ın lideri Kriştianu Ronaldo yeni rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, dünən Çempionlar Liqasında "Yuventus"la matçda (2:2) fərqlənən portuqaliyalı 2013-cü ildə ÇL-də vurduğu qolların sayını 14-ə yüksəldib.
 
Bu isə Ronaldonu sözügedən turnirdə bir il ərzində ən çox qol vuran futbolçu edib. Buna qədər Kriştianu Lionel Messi ilə birlikdə zirvəni paylaşırdı (13 qol). Ronaldo matçdan sonra uğurlu çıxışına davam edəcəyini bildirib:
 
"İndidən bir mövsümdə 8 qol vurduğum üçün xoşbəxtəm. Qol vurmağa davam edəcəm. Yozef Blatterə meydanda cavab verdiyimi düşünürəm”.
 
Ronaldo bu il “Qızıl Top”u qazanmağa ən real namizədlərdəndi.
Shares: