Topaz Premyer Liqasının 13-cü turunda səfərdə "Rəvan"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komanda məşqlərini oyunun başlama saatında yeni stadionda keçirir.
 
"Sumqayıt"ın dünənki məşqində yalnız Bəxtiyar Həsənəlizadə fərdi çalışmalarla kifayətlənib. Digər üzvlər tam heyətlə məşqlərini davam etdirir. Bu günki məşq də saat 17:00-da keçiriləcək.
 
Qeyd edək ki, "Rəvan" – "Sumqayıt" oyununun da başlama saatı müəyyənləşib. Noyabrın 8-də "Bayıl Arena"da baş tutacaq görüş saat 17:00-da start götürəcək. (klub saytı)
Shares: