"Nəticə çox pis oldu. Ancaq məğlubiyyətə layiq olduğumuzu düşünmürəm”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini ÇL-in qrup mərhələsində "Kopenhagen"lə oyundan sonra deyib. Oyunuçularından razı qaldığını deyən mütəxəssis onları tərifləməyi də unutmayıb:
"Çox yaxşı oyun sərgilədik. Eray inamlı çıxış etdi. Sneyder lider oyunçularımızdan biridi. Nəinki məğlubiyyətə layiq deyildik, mən deyərdim, qələbəyə layiq idik. Bundan sonra etməli olduğumuz şey "Yuventus"a qalib gəlməkdi".
Qeyd edək ki, sözügedən oyun ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.





