İspaniya millisinin noyabrda keçirəcəyi yoxlama oyunundakı rəqibləri bəlli olub. Futbolinfo.az xəbər verir ki, bu ölkə mətbuatının xəbərinə görə, rəqiblərin heç biri Avropa təmsilçiləri deyil.
Visente Del Boskenin yetirmələri noyabrın 16-da Ekvatorial Qvineya ilə qarşılaşacaq. Ayın 19-da isə “buğalar”ın rəqibi CAR olacaq. İspaniya yığması hər iki oyununu səfərdə keçirəcək. Bunda məqsəd həm də yığmanın əlavə gəlirlər əldə etməsidi.
Xatırladaq ki, qarşıdakı oyunlar üçün İspaniyanın heyəti sabah açıqlanacaq.





