“Gələn il mütləq hər şeyi deyəcəyəm. Karyeramla bağlı qərar vermişəm, bundan sonra mənimlə təmasa keçməyin mənası yoxdu”.
 
Futbolinfo.az xəbər verir ki, bu sözləri Dortmund “Borussiya”sının hücumçusu Robert Levandovski deyib. Polşalı forvard artıq cari mövsüm komandanı tərk edəcəyini dəqiq  şəkildə açıqlayıb. Futbolçu Almaniya mətbuatına danışarkən Dortmundu tərk edəcəyini təsdiqləyib:
 
“Özümü Borussiya”da yaxşı hiss edirəm, amma növbəti mövsümdə yeni şeylər yaşamaq istəyirəm. Transfer olunacağım komandanın adını çəkmək istəmirəm. 2014-cu il iyunun 30-a qədər "Borussiya"nın futbolçusuyam. Ancaq yeni klubla razılığa gəlmişəm. Klubun adını yanvarda açıqlayacam. Bu səbəbdən daha transfer təkliflərini qəbul etmirəm".
 
Qeyd edək ki, almaniyalı həmkarlarımızın fikrincə, Levandovski “Bavariya” ilə anlaşıb. Ancaq onun “Real”, “Barselona” və ya “Çelsi”yə keçəcəyi də istisna edilmir.
Shares: