Sankt-Peterburq futbol məktəbinin tərbiyəçisi, “Zenit”in ruhanisi Qleb Qrozovski pedofillikdə günahlandırılır. Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keşiş hazırda dəmir barmaqlıqlar arsında olmasa da, beynəlxalq axtarışa verilib.
Onun Yunanıstanın Kos adasına tərbiyəçi qismində istirahətə apardığı 9-14 yaş arası qızlara təcavüz etdiyi iddia olunur.
“Zenit” isə öz növbəsində Qrozovskinin klubda rəsmi vəzifəsi olmadığını, onunla 2007-ci ildən qeyri-rəsmi əməkdaşlıq etdiklərini bəyan edib.





