"Napoli"nin baş məşqçisi Rafael Benites qışda transfer etmək istədiyi futbolçunun adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ispan mütəxəssis "Liverpul"un müdafiəçisi Daniel Aggerə "elçi" düşüb.
 
Benites sabiq futbolçusunu yanvar ayından komandasında görmək istəyir. Neapol təmsilçisinin gələn ayın ortalarından Aggerlə danışıqlara başlayacağı bildirilir. 28 yaşlı futbolçu razılıq verəcəyi təqdirdə yanvardan "Napoli"də çıxış edəcək.
 
Qeyd edək ki, danimarkalı futbolçu 2006-cı ildən "Liverpul"un şərəfini qoruyur.
Shares: