Futbol üzrə Özbəkistan yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, bu komandanın Asiya Kubokunun seçmə mərhələ oyunlarına "Neftçi"nin forvardı Bahodir Nasimov da çağırılıb.
 
"Ağ-qaralar"ın hücumçusu Vyetnam və Honkonqa qarşı oynamaq şansına malikdi. Nasimov noyabrın 11-də Daşkənddə olmalıdı.
 
Qeyd edək ki, özbəklərin Vyetnamla oyunu noyabrın 15-də, Honkonqla qarşılaşma isə ayın 19-da keçiriləcək.
Shares: