Əfsanəvi rumıniyalı futbolçu Georgi Haci Ermənistan millisinin təklifini cavablandırıb. Futbolinfo.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray"ın keçmiş ulduzu ermənilərin təklifini rədd edib.
 
Bu barədə təcrübəli mütəxəssisin meneceri Viktor Bekali açıqlama verib: "Haciyə Ermənistan millisindən təklif gəldiyini bilirəm. Ancaq onun Rumıniyada planlaşdırdığı işlər var. Futbol akademiyasının başında olmaq istəyir. Bu səbəbdən də o, bu təklifi rədd etdi".
Shares: