Çempionlar Liqasının qrup mərhələsində “Borussiya"nın (Dortmund) qonağı olan "Arsenal" rəqibinə bir ilki yaşadıb. Sözügedən qarşılaşmada London klubu 1:0 hesablı qələbə qazanaraq qrup liderliyinə yüksəlib. Futbolinfo.az xəbər verir ki, bu eyni zamanda “Borussiya”nın avrokuboklar tarixindəki ilk məğlubiyyəti olub.
 
Matçdan sonra almanların baş məşqçisi Yürgen Klopp da oyunla bağlı danışıb və məğlubiyyətin gözlənilməz olduğunu bildirib: “Buna layiq deyildik. Oynadığımız oyunun qarşılığını ala bilmədik. Bu məğlubiyyət planımızda yox idi. Meydanda var gücümüzlə oynasaq da, qol vura bilmədik. Əvəzində isə rəqib qapıya ilk zərbəsində fərqlənə bildi. Qalan iki matçı qazansaq, hər şey istədiyimiz kimi ola bilər".
Shares: