Çempionlar Liqasının qrup mərhələsində dünən qrup mərhələsinin 4-cü turunun oyunları başa çatıb. Futbolinfo.az xəbər verir ki, bu matçlardan sonra pley-offa yüksələn 5 klubun adı məlum olub.
B qrupunda Madrid "Real"ı, C qrupunda PSJ, H qrupunda isə 10 xal toplayan "Barselona" artıq qrupdan çıxmağı bacarıb. D qrupunda "Bavariya" və G qrupunda "Atletiko" (Madrid) oynadığı 4 görüşün hamısını qələbə ilə başa vuraraq sona iki tur qalmış 12 xalla pley-offa vəsiqəni təmin edib.





