Rusiya millisinin üzvü Aleksandr Səmədov yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, azəri əsilli futbolçu şərəfini qoruduğu "Lokomotiv" haqda danışıb:
 
"Çempionluq barədə danışmağa dəyməz. "Spartak" üzərində qələbə qazandıq və lazım olan 3 xalı aldıq. Bu məsələyə bir qədər ehtiyatla yanaşırıq. Ötən mövsümü 9-cu yerdə bitirdiyimizə görə, bu dəfə tələsmirik. Ancaq çempion olacaq gücümüz var. Hamı bilir ki, "Zenit" favoritddi. Lakin biz də zəif deyilik".
Shares: