"Barselona"nın yarımmüdafiəçisi Xavi yeni rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu karyerasında 80-cı dəfə Çempionlar Liqasında meydanı qalib qismində tərk edib.
Bu isə turnirin tarixində rekord göstəricidi. Buna qədər rekord 79 qələbə ilə “Real”ın sabiq forvardı Raul Qonsalesə məxsus idi.
Əlavə edək ki, Xavi 80-cı qələbəni 141-ci oyunda qazanıb.





