2009-cu ildə "Qəbələ" Azərbaycanda Futbol Akademiyası yaratmaqla ilkə imza atdı.  Futbolinfo.az xəbər verir ki, Azərbaycanın müxtəlif yaş qrupu üzrə, eləcə də əsas milli komandalarına keyfiyyətli futbolçuların yetişdirilməsini qarşısına həfəf qoyan akademiya rəhbərliyi demək olar ki, tədricən öz istəyinə çatmaqdadı. Bu gün milli komandamızın müxtəlif yaş qrularıda sözügedən akademiyanın 20-25 futbolçusu mütəmadi olaraq çıxış edir. Halbuki bu rəqəm 2012-ci ildə 8-10 arası dəyişirdi. 2012-ci ildə akademiyada 150 futbolçu var idisə, hazırda 200 nəfərərdən artıq yeniyətmə burada futbolun sirrlərini öyrənir.
 
Peşə Məktəbinin binasında yerləşən akademiyada gənc futbolçular üçün demək olar ki, hər cür şərait yaradılıb. Burada futbolçular asudə vaxtlarında əyləncəyə də imkan tapırlar. Belə ki, onlar təyin olunmuş tərbiyəçilərin nəzarəti altında qrafik üzrə bilyard, stolüstü oyunlar, o cümlədən də "play station" oynayırlar. Həftənin birinci günü ən balaca yaş qrupu, digər günlərində isə digər futbolçular mütəmadi olaraq istirahət otaqlarından istifadə edir.
 
Akademiyada futbolçuların qidalanmasına xüsusi diqqət yetirilir. Yeniyetmələrin yeməkxanada qidalanması da qrafik üzrə təyin olunub. Burada balacalar səhər, nahar və şam yeməkləri ilə yanaşı, həm də matçdan əvvəl xüsusi reseptlə hazırlanmış təamlardan istifadə edirlər. Balacalar üçün hazırlanan yeməklərinin dadlı olması, bir sıra klub işçilərinin naharını onların yeməkxanasında etməsinə vadar edir. 
 
Bundan başqa akademiyada hər ay mükafatlandırma mərasimi keçirilir. Belə ki, ay ərzində ən yaxşı, ən çox inkişaf edən futbolçu, ən yaxşı qapıçı, meydanda ən intizamlı, məktəbdə ən intizamlı, akademiyada ən intizamlı və dərslərini yaxşı oxuyan və sair nominasiyalar üzrə mükafatlandırılır.
 
Akademiya Təhsil Peşə Məktəbinin binasında fəaliyyət göstərsə də, bu, müvəqqətidi. Belə ki, rəhbərlik yeni akademiyanın tikilməsi üçün artıq göstəriş də verir. Hazırda həmin akademiyanın tikintisi başlanılıb və yaxın 1 və 1,5 il ərzində tam istifadəyə veriləcək. Orada futbolçular üçün ən lüks şəraitlərin hazırlanması nəzərdə tutulub.
 
"Qəbələ" futbol meydançalarının sayına görə ölkədə ən öndə olan klublardandı. Hazırda bu kluba məxsus 5 təbii, 2 süni, 1 qapalı və qum meydançası var. Bununla kifayətləyənməyən klub rəhbərliyi 2 meydançanın da tikintisinə göstəriş verib. Həmin stadionlar iyun ayının axırlarına kimi hazır olacaq. Bunlardan biri süni, digəri isə təbii ot örtüklü olacaq. Ötən il təşkil olunan 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında 2-ci Qəbələ Kuboku zamanı PSV-nin baş məşqçisi, Hollandiya yığmasının sabiq hüçumçusu Roy Makaay Qəbələdə olan stadionların çoxluğuna və gözəlliyinə heyran qalmışdı. Qeyd edək ki, Akademiyanın direktoru olan Stenli Brardın məhz "Qəbələ"ni seçməsində rol oynayan amillərdən biri də burada olan stadionların ən yaxşılardan olmasıdı.
 
Akademiyada aşağı yaş qruplarında təhsil alan futbolçuların əksəriyyəti Qəbələdən olanlardı. Bundan başqa regionlardan olan futbolçular da bu sahədə bilik və bacarıqlarını mükəmməl səviyyəyə çatdırmaq üçün "Qəbələ"yə üz tutub. Onlar gələcəyə ümidlə baxır. Yeniyetmə futbolçularla danışarkən ilk müsahibə həyacanı bir o qədər də hiss olunmurdu. Görünür, uşaqların tez-tez beynəlxalq turnirdə iştirak etməsi onların dünyagörüşlərinin artmasına səbəb olub.
 
Mehrac Baxşəliyev: (U-13): "Məşqlərimiz çox yaxşıdı. Burada hər bir futbolçu üçün əla şərait yaradılıb. Mən də əsas komandada oynayan Leonardo da Silva kimi futbolçu olmaq istəyirəm. Əvvəlki illərə baxanda bu gün futbolumuzda çox inkişaf var. Futbola böyük həvəsim olduğu üçün bura gəldim. Valideynlərim də razılaşdı. Milli futbolçularmızdan isə Kamran Ağayev, Vaqif Cavadovu xoşlayıram. Mənim mövqeyimdə çıxış edən futbolçuların oyununu elə də bəyənmir. Müdafiə xəttində isə Rəşad Sadıqov liderdi".
 
Anar Həsənov (U-13): Hücumda oynayıram. Kumirim isə Zlatan İbrahimoviçdi. "Qəbələ"də də Daniel Subotiçin oyununu bəyənirəm. Araz Abdullayev də əla futbolçudu. Bura yeni gəlməyimə baxmayaraq, iki qol vurmuşam".
 
İdris İnqilablı (U-13): "Elnur Allahverdiyevin oyunundan çox xoşum gəlir. Özüm də müdafiədə çıxış edirəm. Bəzi futbolçular bir az pul görən kimi, heç kimi saymır. Ancaq mən ilk maaşımla ailəmə ev alacam. Çalışacam ki, yaxşı futbolçulardan nümunə götürüm".
 
Göründüyü kimi yeniyetmə futbolçular onlara yaradılan şəraitdən razıdı. Biz də, onların yaxın gələcəkdə Azərbaycan futbolunda öz sözlərini deyəcəklərinə inanırıq. Hər halda "Qəbələ"də yaradılan şərait bunu deməyə əsas verir.
 
EMİN SƏFƏROV, Qəbələ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp