"Qalatasaray"ın ulduz futbolçusu Didye Droqbaya ABŞ-dan “elçi” çıxıb. Futbolinfo.az xəbər verir ki, ölkə mediasında yer alan xəbərlərə görə, MLS komandalarından "Portland Timbers" hücumçunu heyətində görmək istəyir.
 
Növbəti mövsüm üçün heyətini ulduz bir futbolçu ilə gücləndirmək istəyən klub "sarı-qırmızılar"ın 36 yaşlı ulduzuna göz dikib. Droqbanın müqaviləsinin bu mövsümün sonunda bitməsi səbəbi ilə transferin əlverişli şərtlərlə keçirilməsi də amerikanların diqqətini cəlb edir. Portlend Amerikanın futbol şəhəri olaraq tanınır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp