“İnter”in prezidenti Georgi Nikolov “Qarabağ” komandasını çempion olması münasibətilə təbrik edib və "bankirlər"in baş məşqçisi Kaxaber Sxadadzenin klubdakı gələcəyi barədə fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
 
“Oyunda qeydə alınan hesaba baxmayaraq, qarşılaşma hər iki komanda üçün kifayət qədər mübariz şəraitdə və ağır keçdi. Birinci hissədə qol vurmaq üçün şanslarımız oldu, lakin vəziyyətlərdən yararlana bilmədik. “Qarabağ”ı çempion olması münasibətilə təbrik edirəm və komandaya Çempionlar Liqasında uğurla çıxış etməsini arzulayıram.
 
Son zamanlar məşqçimiz Kaxaber Sxadadze barədə bir sıra fikirlər səsləndirilir. Qeyd etmək istəyirəm ki, bu mütəxəssislə imzalanmış müqavilədə komanda mövsümün yekunlarına görə ilk üç yeri tutduğu zaman və ya avrokuboklarda iştirak hüququ qazandığı təqdirdə müqavilə müddətinin avtomatik olaraq daha bir il uzadılmasını nəzərdə tutan xüsusi bənd var. Biz həmin bəndə əsasən müqavilə müddətini uzatmaq istəyirik. Biz bu mütəxəssislə bir neçə ildi uğurla əməkdaşlıq edirik və birgə işimizi davam etdirmək istəyirik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp