Son mövsümdə mükafatçılar sırasına düşə bilməyən "Bakı" növbəti çempionat üçün hazırlığa start verib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar" dünən səhər saatlarında ilk məşqə çıxıblar.
Komandanın baş məşqçisi Milinko Pantiçin ölkəmizə gec gəlməsi səbəbindən futbolçulara onun köməkçiləri təlimat verib. Komanda da tam heyətlə məşq etməyib. Belə ki, "Bakı"nın kapitanı Rauf Əliyev məşqi kənardan izləyib. Futbolçu bunun səbəbini saytımıza açıqlamasında ayaq dırnaqlarında problem olması ilə izah edib. Millimizin hücumçusu maaşların verilməsinə aid sualımıza isə sabah son gün olduğunu, verilən vədin yerinə yetirilməyəcəyi təqdirdə nə edəcəyini bilmədiyini söyləyib.