Digər idman növləri

Tayson rəqibi haqda: “Hörmətə layiqdir”

dba399f8 b6dc 4685 bd5e 0c9a2247ed91 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Noyabrın 15-dən 16-na keçən gecə ABŞ-nin Arlinqton şəhərində  peşəkar boks gecəsi baş tutub. Şounun əsas hadisəsi 58 yaşlı əfsanəvi boksçu Mayk Taysonla məşhur bloger Ceyk Pol arasında boks görüşü olub. Döyüş səkkiz raund davam edib və Polun qələbəsi ilə başa çatıb.

Döyüş bitdikdən sonra Tayson nəticəni belə şərh edib. “Çıxış üslubumdan razı qaldım. Çətin döyüş oldu. O, güclü idmançıdır. Bu qədər publikanın da hörmətinə layiqdir”, – deyə Mayk döyüşdən sonra bildirib.

Xatırladaq ki, Taysonun 58 yaşı var, o, əvvəlki rəsmi döyüşünü 2005-ci ilin iyununda irlandiyalı Kevin Makbrayda qarşı keçirmiş və məğlub olmuşdu. Karyerasında onun 50 qələbəsi (44-ü nokautla), 7 məğlubiyyəti var.

Shares: