Fransa millisinin müsəlman futbolçusu Kərim Benzema Ramazan ayında oruc tutduğunu açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, DÇ-2014-ün 1/8 finalında Nigeriya ilə matçda oruc tutaraq meydana çıxdığını deyib. Benzema onu da bildirib ki, hər oyun öncəsi "Quran"ın surələrini qulaqcıqla dinləyir:
 
“Quran" Allahın kitabıdı. Quranın surələrində çox mənalı fikirlər var. Hər qarşılaşmanın başlamasına on dəqiqə qalmış qulaqcıqla Quranın sürələrini dinləyirəm. Bu, mənə rahatlıq verir".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp