“Barselona" "Liverpul"un forvardı Luis Suaresi transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, Kataloniya klubunun idman direktoru Andobi Subisarreta İngiltərə təmsilçisinin uruqvaylı hücumçunu satmayacağını deyib:
 
"Hər klub Suares kimi qolçuya sahib olmaq istəyər. Amma hər kəs bilir ki, Suares möhtəşəm futbolçudu. O, hücumdan başqa, fərqli mövqelərdə də oynamağı bacarır. Ancaq Suares "Liverpul"un futbolçudu".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp