"Liverpul" yeni mövsüm üçün transferlər etməyə davam edir. Futbolinfo.az xəbər verir ki, İngiltərə təmsilçisi son olaraq "Sautqempton"un üzvü Adam Lallananın keçidini həll edib.
 
26 yaşlı hücumameylli yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. İngiltər4ə mətbuatına inansaq, mersisaydlar bu transfer üçün "Sautqempton"a təxminən 31 milyon avro ödəyib.
 
Qeyd edək ki, İngiltərə millisinin şərəfini qoruyan Lallana DÇ-2014 heyətində də yer alıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp