"Bakı"nın vəziyyəti ağır olaraq qalır. Futbolinfo.az xəbər verir ki, komandada maliyyə problemlərinin yaranması daha bir aparıcı üzvünü itirməsi ilə nəticələnib.
 
Çox etirbarlı mənbədən əldə etdiyimiz məlumata görə, milli komandamızın yarımmüdafiəçisi Cavid Hüseynov  bundan sonra "zolaqlılar"ın formasını geyinmiyəcək. Ötən həftə Hüseynovun "Bakı"nı tərk edəcəyini xəbər vermişdik. Qeyd etdiyimiz kimi, Cavid klub rəsmiləri görüşüb, məsələnin həlli yolunu tapıb. Ancaq bu Cavidə elə də ucuz başa gəlməyib. Belə ki, futbolçu "Bakı" tərəfindən ona veriləcək 150 min dollar pulun qarşılığında müqaviləsinə xitam verilməsini istəyib. Bununla razılaşan klub rəhbərliyi Hüseynova azad agent statusu verib.
 
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi "Bakı"ya Türkiyənin "Adana Demirspor" klubunda legioner həyatı yaşadıqdan sonra keçmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp