FİFA prezidenti Yozef Blatter Braziliyada keçirilən dünya çempionatının gedişatından razı qaldığını bildirib. Futbolinfo.az xəbər verir ki, ali futbol qurumunun məmuru turnirin gözlədiklərindən uğurlu olduğunu vurğulayıb:
 
“Bu, ölkənin futbol uğurudu. Braziliya xalqını təbrik etmək istəyirəm. Onlar bu çempionatı qəbul etdilər. Turnir yüksək televiziya reytinqi, mədəniyyət əsərinə bənzəyən gözəl stadionlar və dopinq testlərinin heç bir qanunsuzluq aşkar etməməsi səbəbindən çox gözəl baş tutub. Gəlin son matçların da beləcə uğurla və belə bir atmosferdə keçəcəyini arzu edək”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp