Dünya çempionatının 1/4 final mərhələsinin ilk iki oyununun hakimlərinin adları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Fransa-Almaniya matçını argentinalı Nestor Pitananın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
 
Braziliya-Kolumbiya oyunu isə ispaniyalı hakim Karlos Velasko Karbalyonun başçılıq etdiyi hakimlər briqadasına tapşırılıb.
 
Fransa-Almaniya matçı iyulun 4-də Bakı vaxtı ilə saat 21:00-da, Braziliya-Kolumbiya matçı isə iyulun 5-də Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp