Ötən il “Xəzər Lənkəran”la yollarını ayıran tanınmış baş məşqçi Con Toşak özünə yeni komanda tapıb. Futbolinfo.az Mərakeş mətbuatına istinadən xəbər verir ki, uelsli mütəxəsiss  “Vidad Kasablanka" klubu ilə anlaşıb.
 
Mənbədə qeyd olunur ki, Mərakeş təmsilçisi 65 yaşlı çalışdırıcıya 2 illik müqavilə təklif edib və bu transfer yaxın günlərdə rəsmən açıqlanacaq.
 
Qeyd edək ki, “Real” (Madrid, İspaniya), “Beşiktaş” (Türkiyə) kimi klublarda baş məşqçi olmuş Toşak “Xəzər Lənkəran”dan uğursuz nəticələr aldığına görə göndərilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp