Topaz Premyer Liqasının 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Türkiyədə növbəti yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Türkmənistan təmsilçisi "Altın Asır"la üz-üzə gəlib.
 
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. Komandamızdan qolları Məhəmməd Qurbanov (2) və Tərzin Cahangirov vurub.
 
Xatırladaq ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə (İran) 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlmiş və sonuncu yoxlama oyunundan Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılmışdı.
 
Yoxlama oyunu
25 iyul
 
Sumqayıt – Altın Asır – 3:3
 
"Sumqayıt"ın start onbirliyi: Andrey Popoviç, Ruslan Poladov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Nodar Məmmədov, Tagim Novruzov, Tərzin Cahangirov, Təvəkkül Məmmədov, Orxan Əliyev, Tofiq Mikayılov, Məhəmməd Qurbanov.
Shares: