"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının pley-off mərhələsi çərçivəsindəki Serbiya "Partizan"ı ilə cavab oyunu sonrası fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan təcrübəli serb qolkiper 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
"Belə meydançada oynamaq çox çətin idi. Bizim də şanslarımız oldu, rəqibin də. "Partizan" tempi idarə etdi və oyunda nəzarəti ələ aldı. Onlar bizdən fərqli olaraq, əllərinə düşəm imkanlardan yaxşı istifadə etdilər. Nikoliç komandanı yaxşı hazırlayıb. Onlar yaxşı oynadılar. "Partizan"ı təbrik edirəm. Ümid edirəm ki, Avropa Liqasında uğur qazanar".