"Neftçi"nin polis əməkdaşları tərəfindən saxlanılan azarkeşlərinin aqibəti bəlli olub. Futbolinfo.az xəbər verir ki, fanatların birinə 3 ay həbs cəzası verilib.
 
Serbiya "Partizan"ın avtobusunun şüşəsini sındırmaqda təqsirləndirilən şəxslərdən əksəri buraxılsa da, bəziləri cəzasız qurtula bilməyib. Zamin Əliyev 15, Sübhan Əliyev 20, Cəmil Mustafazadə 20, Qədir Qədirov isə 90 gün azadlıqdan məhrum olub.
 
Maraq üçün bildirək ki, fanatların həbs olunması "Forza Neftçi" azad azarkeş qrupunun narazılığına səbəb olub. Buna görə də onlar fəaliyyətlərini müvəqqəti olaraq dayandırıb. Sözügedən fan klub həbs olunan azarkeşlər azad olunduqdan sonra fəaliyyətini davam etdirəcək. Onlar bu barədə özlərinə məxsus facebook səhifəsində qeyd ediblər.
Shares: