Topaz Premyer Liqasının 4-cü turunun bu gün baş tutmuş "Sumqayıt" – "Araz Naxçıvan" matçında (1:0) dava düşüb. Futbolinfo.az xəbər verir ki, ikinci hissənin son dəqiqələrində "Araz Naxçıvan" qol vursa da, həmin epizodda qapıçıya kobud müdaxilə olduğu üçün hakim qolu qeydə almadı.
 
Maraqlıdı ki, bu epizoda ən çox qonaqların qapıçısı Kamal Bayramov sərt etiraz etdi. O, rəqib qapıçı və futbolçularla mübahisəyə girişdi. Tərəflər arasındakı münaqişəni birtəhər yoluna qoyan hakim Bayramovu da sarı vərəqə ilə cəzalandırdı.
Shares: