Futbol üzrə Almaniya çempionatında 2-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə 6 görüş baş tutub.
 
"Bayer" "Herta"nı məğlub yola salıb. "Hamburq" "Paderborn"a, "Ştuttqart" "Köln"ə uduzub. "Verder" – "Hoffenhaym" və "Volfsburq" – "Ayntraxt" matçlarında qalib müəyyənləşməyib. Səfərdə "Şalke" ilə qarşılaşan "Bavariya" isə bu tur xal itkisi ilə üzlşib.
 
Turun qalan oyunları bu gün keçiriləcək
 
Almaniya Bundesliqası
2-ci tur
29 avqust
 
Auqsburq – Borussiya (Dortmund) – 2:3
Qollar: Bobadilla, 83, Matavs, 89 – Roys, 11, Papastatopulos, 14, Ramos, 79.

 
30 avqust
 
Bayer – Herta – 4:2
Qollar: Yedvay, 50, Spahiç, 62, Brandt, 74, Bellarabi, 86 – Yedvay, 24-öz qapısına, Şyeber, 60.
 
Hamburq – Paderborn – 0:3
Qollar: Kaçunqa, 29, Vrançiç, 68, Stoppelkamp, 87.
 
Ştuttqart – Köln – 0:2
Qollar: Osako, 22, Ujah, 33.
 
Verder – Hoffenhaym – 1:1
Qollar: Qalvez, 59 – Firmino, 19.
Volfsburq – Ayntraxt – 2:2
Qollar: Naldo, 15, Arnold, 79 – Yanq, 23, Kadleç, 85.
 
Şalke – Bavariya – 1:1
Qollar: Hövedes, 62 – Levandovski, 10.
 
31 avqust
 
18:30. Maynts – Hannover
20:30. Frayburq – Borussiya (Münhenqladbax)
Shares: