Türkiyə PTT 1-ci Liqasında yeni mövsümə start verilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – "Manisaspor" da ilk matçına çıxıb.
Manisa təmsilçisi evdə "Alanyaspor"la qarşılaşıb. Oyun qonaqların 3:0 hesablı qələbəsiylə başa çatıb.
Branimir 90 dəqiqə meydanda olub.