Futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümə start verilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçu Cihan Özkaranın komandası – "Sivasspor" da ilk matçına çıxıb.
Cihanın komandası doğma meydanda "Qaziantepspor"la qarşılaşıb. Oyun 2:1 hesabıyla qonaqların xeyrinə başa çatıb.
Özkara matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.