"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində qarşılaşdıqları "Qarabağ"la oyundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında o, 2:2 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Bu, gələcəyin komandasıdı. Hamısı "Bakı" futbol akademiyasının yetişdirdiyi futbolçulardı. Hələ ehtiyatda da 6-7 nəfər gənc futbolçumuz var. Çempionatdan əvvəl də dediyim kimi, biz düz yoldayıq. Azərbaycan futbolu öz futbolçuları ilə inkişaf edəcək. Masanın üstünə çıxmağıma gəlincə, komandama dəstək vermək istəyirdim. Həmişə qol vuranda əhval-ruhiyə yüksək olur. Burada qeyri-adi nəsə yoxdu".
 
Seyidov "Bakı" "Qarabağ"dan qisasını aldı" sualına isə belə cavab verdi: "Biz hər şeyi Allahın ümidinə buraxmışıq. Allah böyükdü və o hər şeyi görür".
Shares: