Niderland millisi 2026-cı il dünya çempionatında nümayiş etdirdiyi nümunəvi davranışa görə FIFA-nın “Fair Play” mükafatına layiq görülüb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Narıncılar” mundialda 1/16 finala qədər irəliləsə də, bu mərhələdə Mərakeşə uduzub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Mərakeş millisi 3:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Buna baxmayaraq, niderlandlı futbolçular turnir ərzində yüksək oyun intizamı ilə seçiliblər.

Komanda keçirdiyi dörd oyunda cəmi üç sarı vərəqə alıb və heç bir futbolçusu qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmayıb. Buna görə də FIFA onları dünya çempionatının “Fair Play” mükafatına layiq görüb.

Shares: