Kişi voleybolçular arasında Millətlər Liqası-2026-nın final mərhələsinin 1/4 final cütləri bəlli olub.
Çinin Ninbo şəhərində keçiriləcək final mərhələsinin 1/4 final görüşləri iyulun 29-30-da baş tutacaq.
1/4 final cütləri:
Yaponiya – Çin
İtaliya – ABŞ
Polşa – Ukrayna
Sloveniya – Türkiyə
Qeyd edək ki, Çin millisi turnirin ev sahibi olduğu üçün final mərhələsinə birbaşa vəsiqə qazanıb.
Millətlər Liqasının yarımfinal oyunları avqustun 1-də keçiriləcək. Üçüncü yer uğrunda qarşılaşma və final matçı isə avqustun 2-nə təsadüf edəcək.
Xatırladaq ki, kişilər arasında Millətlər Liqasının 2025-ci ildəki qalibi tarixində ikinci dəfə bu titulu qazanan Polşa millisi olub.
