“Sabah” və KuPS (Finlandiya) komandaları arasında keçiriləcək matçın favoriti Azərbaycan təmsilçisidir.

Futbolinfo.az xəbər verir ki, bunu KuPS komandasının baş məçqçisi Miika Nuutinen “Sabah”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

“Bakıda olduğumuza görə şadıq. Bizi çətin qarşılaşma gözləyir. “Sabah”ın 1-ci təsnifat mərhələsindəki matçlarını izləmişik. Rəqib komanda topla yaxşı rəftar edir. Onları təhlil etməyə çalışdıq. Hər şey meydanda bəlli olacaq. Lakin real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dır. Diqqətimizi bu matça yönəltmişik”.

Qeyd edək ki, “Sabah” və KuPS komandaları arasında ilk matç iyulun 21-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Shares: