Futbol üzrə Ukrayna çempionatında növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Dnepr" 5-ci tur çərçivəsində doğma meydanda "Vorskla" ilə qarşılaşıb.
 
Oyun 1:1 hesabıyla başa çatıb. Hesabı 45-ci dəqiqədə qonaqlar açsa da, 49-cu dəqiqədə Nikola Kaliniç penaltini qola çevirərək, "Dnepr"i məğlubiyyətdən xilas edib.
 
Qeyd edək ki, bu, "Dnepr"in yeni mövsümdəki ilk xal itkisidi. Dnepropetrovsk təmsilçisi əvvəlki dörd matçın hamısında qələbə qazanmışdı. 5 oyuna 9 qol vurub, cəmi 1-ni buraxan "Qarabağ"ın rəqibi 13 xalla 2-ci yerdə qərarlaşıb və yalnız maksimum nəticə göstərən "Şaxtyor"dan geri qalır.
Shares: