"Xəzər Lənkəran" Futbol Klubu və futbolçu Mbilla Etame arasında olan müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. Futbolinfo.az xəbər verir ki, bu barədə klub saytından rəsmi açıqlama verilib.
 
Bir il öncə komandaya qoşulan kamerunlu hücumçu klubun heyətində 41 oyunda meydana çıxaraq 15 qol imza atıb.
 
"Xəzər Lənkəran" Mbilla Etameyə burada olduğu müddət ərzində göstərdiyi oyuna görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Həmçinin şəxsi problemləri səbəbindən uzun müddətdi komandanın düşərgəsində olmayan Sadio Tounkara komandaya qoşulub və fərdi şəkildə intensiv məşq edir.
Shares: