İtaliya nəhəngi "Milan" "Çelsi"nin forvardı Fernando Torresin transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, “rossonyerlər” ispan qolçunu 2 il müddətinə icarəyə götürüb. Torresin illik məvacibi isə 4 milyon avro olacaq.
Qeyd edək ki, ispan futbolçunun “Çelsi” ilə müqaviləsi 2016-ci ilin yayında bitəcək. Bu isə o deməkdi ki, “Milan” həmin vaxt Torresin transer hüququnu da ələ keçirə bilər.
Rəsmi təqdimat mərasimi bu gün saat 20:00-da baş tutacaq.